XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

15 Yanvar 2018 - 12:26

Rusiya XİN başçısı:“Qarabağ münaqişəsini yalnız Azərbaycan və Ermənistan həll edə bilər”

“Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilər”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz: “Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir”.