XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 16:01

Artur Rasi-zadə həmkarı ilə belə zarafatlaşdı:“Özüm də qonağam”+ VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Bakıdan Bolqarıstanın paytaxtı Sofiyaya ilk birbaşa aviareys yola düşüb.

Aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasi-zadə və Bolqarıstanın baş naziri Boyko Borisov iştirak ediblər.

Bolqar baş nazir feysbuk səhifəsində ilk uçuş gününün görüntülərini paylaşıb. Video görüntü Borisovun həmkarı Artur Rasizadə ilə maraqlı dialoqu ilə yadda qalıb.

Nazirlər uçuş saatının başlamasına qədərgözləmə zalında əyləşiblər. Borisov və Rasi-zadə zarafatla biletsiz və pasportsuz olduqlarını bildiriblər. Daha sonra bolqar nazir uçuşun nə zaman başlayacağını soruşub.

Rasi-zadə isə "bilmirəm, mən özüm də burada qonağam” deyib.

Sonda isə jurnalistlər Rasi-zadəyə selfie çəkdirmək istədiklərini bildiriblər, baş nazir isə onların xahişini rədd etməyib/"Qafqazinfo"