İran Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyada PYD-/YPG-lərdən ibarət 30 minlik "Suriya Sərhəd Qoruyucuları" adı altında ordu yaratmaq planına etiraz edib.
Strateq.az-ın xarici mediaya istinadən xəbərinə görə, XİN sözçüsü Bəhram Qasımi deyib ki, bu plan Suriyanın daxili işlərinə qarışmaqla yanaşı, həm də bölgədəki böhranı daha da dərinləşdirməyə xidmət edir:
"İran, Türkiyə və Rusiya Astanadakı görüşlərdə Suriyada təhlükəsiz bölgələr yaratmaqla, böhranı həll etməyə çalışır və bu istiqamətdə ciddi uğurlar əldə olunub. ABŞ-dan tələbimiz odur ki, bölgədə yıxıcı, dağıdıcı planlarını bir daha diqqətə alaraq, gec də olsa, Suriyadakı qruplarını çıxarsın, hər şeyi xalqın iradəsinə buraxsınlar".
XİN sözçüsü deyib ki, ABŞ-ın 30 minik ordu yaratma planı düşündürücü və qəbuledilməzdir.