XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 21:24

Türkiyə Suriya sərhədinə yeni qüvvələr toplayır –Böyük əməliyyata hazırlıq + VİDEO

PKK/PYD terrorçularının əlindəki Afrin bölgəsində əməliyyata hazırlanan Türkiyə Suriya sərhədinə yeni ordu birlikləri göndərib.

Dünən gecə İraq sərhədindən yola çıxan 40 zirehli avtomobildən ibarət hərbi karvan bu gün səhər saatlarında Suriya sərhədindəki birliklərə qoşulub. Suriya sərhədinə göndərilən birliyin tərkibində tanklar da var.

Suriya sərhədində “cəhənnəm alovu” adlandırılan tanklar və raketlər, eləcə də çoxsaylı canlı qüvvə toplanıb. Əməliyyatın bir həftə ərzində başlayacağı gözlənilir/Publika.az