XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 22:09

Ərdoğan NATO Baş katibinə ABŞ-dan şikayətləndi:"Bu, təhlükəsizliyə ciddi zərbə vuracaq"

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Danışıq zamanı Ərdoğan Suriyada YPG-nin başçılığı ilə DSQ-yə bənzər yeni qüvvənin yaradılmasını qəbul etməyəcəklərini bildirib.

Türkiyə lideri deyib ki, belə bir qüvvənin yaradılması Suriyanın sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vuracaq.

Ərdoğan əlavə edib ki, Türkiyə konstitusion haqlarından istifadə edərək sabitliyini və təhlükəsizliyini qoruyacaq.

Öz növbəsində Stoltenberq də vurğulayıb ki, terror hücumlarından qorunmaq Türkiyənin ən ali haqlarından biridir/Axar.az.