XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 01:04

ABŞ ordusu Suriyada qalacaq:"Biz 2011-ci ildə buraxılan səhvlərin təkrarlanmasına imkan verməməliyik"

ABŞ İŞİD qruplaşmasının darmadağın edilməsindən sonra da Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır.

Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

“Hərbi missiyamız bir sıra şərtlərdən asılıdır. Biz əmin olmalıyıq ki, terrorçular bir daha Suriyada başlarını qaldırmayacaq. Biz 2011-ci ildə buraxılan səhvlərin təkrarlanmasına imkan verməməliyik. O zaman İraqı tərk etməyimiz “Əl-Qaidə”nin sağ qalaraq İŞİD-ə çevrilməsinə gətirib çıxardı”, deyə R.Tillerson bildirib/APA.