XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 January 2018 - 23:27

“Müşahidəçilərin imkanlarının genişləndirilməsi barədə razılığa gəlinib” –Ermənistan XİN

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatının imkanlarının genişləndirilməsi barədə prinsipial razılaşma əldə ediblər.

Bu barədə Polşanın Krakov şəhərində Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünün yekununda Ermənistanın Xarici İşlər Naziri məlumat yayıb.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatının (hazırda Anjey Kaspşik) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq aparır/Report.