Türkiyə Silahlı Qüvvələri Afrində keçirilən əməliyyatda 108 hədəfi məhv edib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir k, 72 qırıcını havaya qaldıran Türkiyə bununla da yerüstü əməliyyatı asanlaşdırıb.
Baş nazir Binəli Yıldırım bildirib ki, ordu yaxın saatlarda quru əməliyyatına başlayacaq. Bu dəqiqələrdə də Afrindəki PKK hədəfləri toplarla vurulur. Eyni zamanda, Azad Suriya Ordusu (ASO) Aziz istiqamətindən hücuma keçib.
Məlumatda bildirilir ki, xəstəxanalara gətirilən bütün ölü və yaralılar terrorçu PKK-nin qolu PYD silahlılarıdır.