XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 January 2018 - 20:00

Cavuşoğlu Fransanın etirazına cavab verdi:"Bu addımı atan ölkə terrorun yanında olan dövlət durumuna düşər"

İraqda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bağdadda jurnalistlərin suallarını cavablandırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nazir Afrində həyata keçirilən əməliyyatla bağlı danışıb. 

O bildirib ki, Türkiyə ordusu Azad Suriya Ordusu ilə birlikdə artıq Afrinin bir neçə kəndini terrorçulardan təmizləyib:

"Bu şəkildə sona qədər irəliləyəcəyik və bölgəni terrorçulardan təmizləyəcəyik. Bu təhdid sərhədlərimizin düz yanında cərəyan edərkən, biz bu əməliyyatı dayandırmayacağıq".

Çavuşoğlu Fransanın Xarici İşlər Nazirliyinin əməliyyatla bağlı BMT-dən təcili toplantı tələb etməsini də şərh edib: "Bizim hədəfimiz Afrindəki mülki əhali deyil. Əksinə, mülki əhali məsələsində Türkiyənin nə qədər diqqətli və həssas olduğunu hər kəs bilir. Bunu da Fransalı həmkarımın diqqətinə bir daha çatdırdım. O da mənə buna görə təşəkkür etdi".

Nazir qeyd edib ki, Fransa və ya bir başqa ölkə məsələni BMT-də müzakirəyə çıxararsa, o zaman həmin ölkə terrorun yanında olan dövlət durumuna düşər.

Strateq.az