XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2018 - 22:52

Rəsmi Vaşinqtondan Afrin əməliyyatı ilə bağlı növbəti bəyanat:"Əməliyyatın müddəti müəyyən edilməli və..."

ABŞ Dövlət Departamenti Türkiyənin Afrinə qarşı əməliyyatına siyasi dəstək versə də, narahat olduqlarını da gizlətməyib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı bu gün Departament yeni və yazılı bəyanat yayıb.

Bəyanatda rəsmi Vaşinqtonun Türkiyənin apardığı hərbi əməliyyatı anlayışla qarşıladığı vurğulanıb: "NATO-dakı müttəfiqimiz və İŞİD-ə qarşı mübarizədə həlledici tərəfdaşımız olan Türkiyənin haqlı təhlükəsizlik qayğılarını dəstəkləyirik. Ancaq hərbi əməliyyatın müddəti müəyyən edilməli və eyni zamanda, mülki vətəndaşların təhlükəsizliyinə xüsusi diqqətlə yanaşılmalıdır". 

Departament bəyanatda bütün tərəfləri əsasən İŞİD-ə qarşı mübarizəyı çağırıb.

Strateq.az