XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2018 - 19:47

Borcu olan 14 min vətəndaşa ölkədən çıxış qadağan edilib –Azərbaycanda

Ötən il 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu barədə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə deyilib:

"Həmçinin, 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb. Qeyd olunmalıdır ki, belə məhdudlaşdırmanın olub-olmaması barədə vətəndaşlara elektron xidmət (http://exidmet.justice.gov.az/WebForms/VVA_13.aspx) göstərilir. Ötən il bu xidmətdən istifadənin sayı 66 faiz artaraq 1.3 milyona yaxın olub.

İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi və məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, həmçinin vətəndaş məmnunluğunu yüksəldir. Ötən il icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 30%-dək, bilavasitə qəbula gələn şəxslərin sayı isə 2 dəfədən çox azalıb".

Diqqətə çatdırılıb ki, icra işinin səmərəli təşkili üzrə əlavə tədbirlər görülür, icra sahəsində qanunvericilik təkmilləşdirilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb, icra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib.