XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2018 - 12:27

Vitse-prezident istefa verdi –"Azərsu" ASC-də gözlənilməz dəyişiklik

"Azərsu" ASC-də gözlənilməz dəyişiklik baş verib.

Strateq.az Mia.az-a istinadən xəbər verir ki, ASC-nin vitse-prezidenti Mahir Məmmədov vəzifəsindən azad edilib.

O, ötən həftənin 5-ci günü istefa ərizəsini sədr Qorxmaz Hüseynova təqdim edib və bundan sonra işdən ayrılıb.

Mahir Məmmədovun adı və fotosu artıq qurumun rəsmi saytından da götürülüb.

Sayt qeyd edib ki, M.Məmmədov əvvəllər ASC-nin maliyyə məsələləri üzrə vitse-prezidenti olub. Daha sonra isə o, nəqliyyat üzrə vitse-prezident vəzifəsinə keçirilibmiş.