XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 12:38

Britaniya ordusunun Baş qərargah rəisi:"Ruslar bizə gözləmədiyimiz yerdən hücum edəcək"

Rusiya düşmənçilik fəaliyyətini sürətli və gözlənilməz şəkildə başlada bilər.

Bunu “Qardian” qəzetinə açıqlamasında Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nik Karter söyləyib.

“Rusiya düşmənçilik fəaliyyətinə bizim gözlədiyimizdən daha tez başlaya bilər. Bu, yaşıl adamcıqların peyda olması ilə başlamayacaq. Ruslar hər şeyi bzim gözləmədiyimiz yerdən başladacaqlar. Gördüklərimizi gələcək üçün model kimi qəbul etmək olmaz. Rusiya mümkün hücümu Avropanın təhlükəsizlik təminatı strukturlarına gerçəkləşdirə bilər. Hədəf həmçinin NATO-ya etibarın yox edilməsidir.

Onlar Suriyadan ekspedisiya potensialının yaradılması üçün yararlandılar. Rusiya zabitlərinin əksəriyyəti möhtəşəm döyüş təcrübəsi əldə etdilər. Onlar həmçinin uzaq radiuslu raketlərini, eləcə də 150 növ digər silahları sınaqdan keçirdilər”, – deyə o, bildirib/Axar.az.