XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2018 - 21:28

NATO-dan Afrin əməliyyatına daha bir dəstək:"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var"

"Türkiyənin öz təhlükəsizliyini qorumağa haqqı var, lakin Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatı təhdidlərə cavab xarakteri daşımalıdır".

Bunu Türkiyədə ikigünlük işgüzar səfərdə olan NATO baş katibinin müavini Rouz Getemüller deyib: "Türkiyə öz sərhədlərində terror təhlükəsi ilə ən çox üzləşən ölkədir və daim bununla mübarizə aparır".

R.Getemüller əlavə edib ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla daima əlaqə saxlayır və münasibətlərdən razıdır/Report.