XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

23 Yanvar 2018 - 23:06

Makrondan Qarabağla bağlı bəyanat:"Münaqişənin həllini tapmaq olduqca vacibdir"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir.

Bunu Fransa prezidenti Emanuel Makron erməni həmkarı ilə görüşdən sonra jurnalistlərə deyib.

Makron bildirib ki, Fransa Rusiya və ABŞ-la birgə Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır: "Fransa tərəflər arasında mübahisədə qərəzsiz vasitəçi missiyasına sadiqdir. Biz rusiyalı və amerikalı tərəfdaşlarımız ilə birgə bu münaqişənin həllinə yardım edə biləcək istənilən təşəbbüsə getməyə hazırıq".

"Mən bilirəm ki, sülhün təbliği son dərəcə çətindir və arzu edirəm ki, görüşlər konkret nəticə versin", – deyə Fransa prezidenti əlavə edib/Report.