XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

24 Yanvar 2018 - 21:04

TSQ: 287 PKK/PYD və İŞİD üzvü olan terrorçu məhv edilib –"Zeytun budağı" əməliyyatı

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində həyata keçirilən "Zeytun budağı" əməliyyatı barədə yeni məlumat yayıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, məlumatda əməliyat başlayandan bu günədək 287 PKK/PYD və İŞİD üzvü olan terrorçunun məhv edildiyi, 300-dək isə hədəfin sıradan çıxarıldığı bildirilib.

Məlumatda o da qeyd olunub ki, dünən şəhid olan iki türk əsgərinin nəşini hələ də götürməkn mümkün olmayıb.

Qeyd edək ki, əməliyyatdan bu günədək Türk ordusu Azad Suriya Ordusu ilə birlikdə 8 şəhid verib.

Strateq.az