XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 14:41

“YPG və ya PYD olsun, onlar hansı qılığa girsələr də, biz onları 40 ildir tanıyırıq” –Baş nazirdən NATO-ya mesaj

“Afrində keçirdiyimiz “Zeytun budağı” əməliyyatında 300-dən çox PYD terrorçusu zərərsizləşdirilib”.

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib.

O deyib ki, terrorçulara qarşı əməliyyat plana uyğun olaraq davam edir: "Orada terrorçu İŞİD və PKK qruplaşmalarına qarşı mübariə aparırıq. İstər adlarını YPG, istər PYD qoysunlar, biz onları tanıyırıq. Hansı qılığa giririlər, girsinlər biz onları 40 ildir tanıyırıq”.

Baş nazir vurğulayıb ki, NATO-da Türkiyə ilə birlikdə fəaliyyət göstərən müttəfiq bir ölkənin terrorçularla quçaqlaşması üzücüdür: "Biz İran, İraq, Suriya və Aralıq dənizi boyunca uzanan 1350 km uzunluğunda olan sərhədlərimizdə heç bir terror qruplaşmasının formalaşmasına icazə verməyəcəyik"/Report.