XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 16:11

“Bu hücumlara mümkün olan hər vasitə ilə cavab verəcəyik” –Suriya Türkiyəni hədələdi

Suriyanın belə bir hücum qarşısında istənilən cavabı verməyə haqqı var.

Bu sözləri Suriya Xarici İşlər nazirinin müavini Faysal Miqdad deyib.

“Türkiyənin işğalı Suriyanın suverenliyinin açıq şəkildə pozulması deməkdir, Suriyanın müstəqilliyinə qarşı hücumdur. Birbaşa və ya dolayı yolla qarşılıq veririk. Bizim öz siyasətimiz, öz mövqeyimiz var. Bu hücumları qınadıq və buna uyğun şəkildə hərəkət edəcəyik. Xüsusilə hansısa bir tədbirdən bəhs etməyəcəm, ancaq Suriyanın özünü qorumaq haqqı var. Təkrar deyirəm, türk rejiminin hücumlarına cavab vermək üçün mümkün olan hər vasitəni istifadə edəcəyik”, – nazir müavini deyib/Axar.az.