XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 17:38

“Əgər Azərbaycan müharibəni Qarabağda başlatsa…” –Rusiyalı hərbi ekspertdən maraqlı açıqlamalar

"Rusiya istəmir ki, Azərbaycan Amerika və ya Türkiyənin təsir dairəsinə keçsin".

Bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin söyləyib.

“Buna görə də Rusiya Azərbaycanı silahla özünə bağlayır. Digər tərəfdən burada ümumi neft məsələləri də var. Rusiya istəmir ki, Azərbaycanı tam əldən buraxsın. Rusiya özünü elə aparır ki, sanki Azərbaycan və Ermənistan arasında konflikt yoxdur və buna görə də hər iki tərəfə silah verir.

Qarabağda müharibənin başlayacağı halda, Rusiya Ermənistan qarşısında öz öhdəliyini yalnız Azərbaycanın Ermənistan Respublikasına hücum edəcəyi zaman yerinə yetirəcək. Əgər Azərbaycan müharibəni Qarabağda başlatmaq qərarına gəlsə, bu, Ermənistanın problemi olacaq”, – Xramçixin bildirib/Axar.az.