"Suriyadakı siyasi vəziyyəti və bu ölkənin şimalında aparılan əməliyyatları müzakirə etmək üçün NATO təcili toplantı keçirməlidir".
Bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel deyib.
“Fransa ilə birlikdə Türkiyənin təhlükəsizliyinin qorunması ilə bağlı məsələləri diqqətdə saxlayacağıq. Lakin Suriyada sülhün və sabitliyin təmin edilməsi üçün hər zaman siyasi müzakirələr fürsəti var. Hərbi əməliyyatların dayandırılması lazımdır. Bunu Türkiyəyə bir neçə dəfə açıq şəkildə demişəm”, – XİN rəhbəri qeyd edib/Axar.az.