XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 22:26

Zaxarova kürd jurnalistin sualına belə cavab verdi:"Bəli, Türkiyə çətin tərəfdaşdır..."

"Türkiyə çətin tərəfdaşdır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

Kürd jurnalistlərin Türkiyənin Afrində keçirdiyi əməliyyatla bağlı Rusiyanın dəqiq mövqeyinin olmadığı ilə bağlı sualına cavabında Rusiya XİN sözçüsü ölkəsinin mövqeyinin bəlli və dəqiq olduğunu vurğulayıb.

Kürd jurnalistlərin Türkiyənin Afrində keçirdiyi hərbi əməliyyatlara və Suriyadakı kürd qruplaşması PYD-nin (Demokratik İttifaq Partiyası) nümayəndələrinin Rusiyanın kürdlərə xəyanət etməsi ilə bağlı suala cavab verən M. Zaxarova Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyata görə Rusiyanın məsuliyyət daşımadığını söyləyib: "Bəli, Türkiyə çətin tərəfdaşdır. Lakin Rusiya çətinliyindən asılı olmayaraq, daim Türkiyə ilə kürd problemini müzakirə edir. Rusiya kürd siyasi qüvvələrinin Suriya münaqişəsinin nizamlanmasına cəlb olunması üçün əlindən gələni edir".

Rusiya XİN sözçüsü kürdlərin nümayəndələrinin Soçidə keçiriləcəkSuriya Milli Dialoqu Konqresinə dəvət olunduğunu da qeyd edib: "Kürdlərin nümayəndələrinə də dəvətnamələr göndərilib. Məsələ onlarlıqdır, təkcə dəvəti qəbul etməklə deyil, bu formatda fəal iştirak etmək lazımdır".

APA