Türkiyə prezidenti Ərdoğan CHP-ni və onun sədr müavini Öztürk Yılmazı ağır ifadələrlə topa tutub.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, CHP-nin hazırda Türkiyə ordusu ilə birlikdə Afrində döyüşən Azad Suriya Ordusunu (ASO) "terrorçu qrup" saymasına çox qəzəbli reaksiya verib: "Ey əxlaqsız, sən isti yatağında yatarkən, o ASO mənim əsgərimlə bərabər sənin qol-qanad gəldiyin terrorçuları yox edir…".
Qeyd edək ki, CHP-li Öztürk Yılmaz "ASO Əl Qaidə terror təşkilatının bir qoludur" deyib.
Strateq.az