XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

28 Yanvar 2018 - 17:11

Türkiyə ordusu strateji əhəmiyyətli dağı və ətrafını tam ələ keçirdi –PYD-yə ağır zərbə + FOTO, VİDEO

Türkiyə ordusu bu gün Afrin bölgəsində strateji əhəmiyyətli Burseya dağı və ətrafını PKK/PYD terrorçularından tamamilə təmizləyib.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı  (TSQ) rəsmi məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusunun dəstək verdiyi Azad Suriya Ordusu ilə birlikdə həyata keçirilən əməliyyatda 37 PYD terrorçusu məhv edilib, xeyli əsir alınan var: "Hazırda bölgədə minalanmış ərazilər təmizlənməklə yanaşı, şiddətli döyüşlər gedir. Bu dağın alınması isə Afrinin daha tez terrorçulardan təmizlənməsinə səbəb olacaqdır. Artıq quru əməliyyatının önü açılıb".

Onu da qeyd edək ki, TSQ "Zeytun budağı" əməliyyatının 9-cu günü haqda da hesabat xarakterli məlumat yayıb. 

Bildirilib ki, bu günə qədər Afrində 13 kənd, bir kənd boyda yeraltı sığınacaq, 4-ü betonlanmış strateji təpə olmaqla, ümumilikdə 18 strateji yüksəklik ələ keçirilib.

Strateq.az