XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 16:54

Putin ABŞ-ın sanksiya siyahısına belə reaksiya verdi:"İt hürər, karvan keçər"

"Rusiya daxili məsələlərlə məşğul olmalıdır. İt hürər, karvan keçər".

Bunu Rusiya prezidenti Vladimir Putin Qonaq Evində keçirdiyi görüşdə ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən hazırlanan və Konqresə təqdim olunan "Kreml siyahısı"na münasibət bildirərkən deyib.

O, Rusiya rəsmiləri və oliqarxlarını bu siyahıya əhəmiyyət verməməyə çağırıb: "Biz belə şeyləri yox, özümüzü, iqtisadiyyat və kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi düşünməliyik".

V.Putin özünün adının "Kreml siyahısı"na düşməməsinə zarafatla münasibət bildirib: "Bu çox üzücüdür".

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyinin Konqersə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var/Report




Yuxarı Əvvələ Ana Səhifə