XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 17:20

Rusiya baş nazirindən Vaşinqtona sərt mesaj:"Belə siyahılar münasibətləri zəhərləyir"

"Hesab edirəm ki, "Kreml hesabatı"na düşməmək istefa vermək üçün bir bəhanədir".

Bunu Rusiya baş naziri Dmitri Medvedev belçikalı həmkarı ilə danışıqların yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında ABŞ Maliyyə Nazirliyinin "Kreml hesabatı" sənədinə münasibət bildirərkən deyib.

"Lakin, əlbəttə ki, biz belə etməyəcəyik. Bir siyahı çərçivəsində demək olar ki, bütün hakimiyyət orqanlarının komandası keçir. Bu komanda müəyyən dövrdə prezident Putin tərəfindən yığılıb. Bu siyahının mənası sıfırdır. Niyə? Ona görə ki, əgər biz belə bir siyahı hazırlasaydıq, bütün Tramp administrasiyasını, Nümayəndələr Palatasını, Senatın, Ali məhkəmənin, Baş prokurorun ofisinin nümayəndələrini ora daxil etsəydik, ABŞ-da nə baş verərdi? Heç nə baş verməzdi. Eləcə də bizdə heç nə baş verməyəcək. Həmin siyahının dövlət adamlarına aid olan hissəsinin mənası sıfıra bərabərdir. Belə siyahılar Rusiya-ABŞ münasibətlərini zəhərləyir", – deyə Medvedev qeyd edib/APA.