XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 19:54

Corc Buşun silahdaşı:"Moskva bu gücdən istifadə edərək, Türkiyəni NATO-dan və ABŞ-dan ayırmaq istəyir"

“Əgər Amerikanın Orta Şərqdə həyati əhəmiyyətli maraqları varsa, buna öz ortaqları ilə müvəffəq ola bilər”.

Bu sözləri Corc Buşun hakimiyyəti dövründə Pentaqonun aparat rəhbərinin müavini olmuş Maykl Doran Vaşinqtondakı Hudson Universitetində təşkil olunmuş paneldə çıxışı zamanı deyib.

M. Doran bildirib ki, PYD elə PKK deməkdır: "Özümüzü aldatmayaq, PYD PKK-dır. Türklərə verdiyimizi təminatları yerinə yetirdyimizlə bağlı güclü şübhələrim var. Suriyada PKK-nı silahlandırmağın böyük nəticələri oldu. PKK-nın Rusiya və İranla yaxşı əlaqələri var. İndi bizimlə müttəfiq oldular. İŞİD-i məğlub etmək üçün bizim oraya əsgər göndərməyimizə ehtiyac qalmadı, amma Türkiyə geri plana atıldı və vaxtilə bizim güclü şəkildə Suriyaya müdaxilə etməyimizi istəyən ortağımızı təsirsiz hala gətirdi. Əgər biz indi Suriyanı tərk etsək, YPG-PKK avtomatik olaraq Rusiya və İrana yaxınlaşacaq. Bu da ruslara türklər üzərində təzyiq qurmaq fürsəti verəcək. Moskva hal-hazırda da bu gücdən istifadə edir, Türkiyəni NATO-dan və Amerikadan ayırmaq istəyir."

M. Doran qeyd edib ki, ABŞ Türkiyəyə münasibətdə dürüst olmayıb: "Türkiyənin maraqlarını görməzdən gələ bilərikmi? Qəti şəkildə yox. Çünki Türkiyə həyati bir ortaqdır. Türkiyəni yalnızlaşdırsaq, durum indikindən daha pis ola bilər".

Pentaqonun keçmiş əməkdaşı bəyan edib ki, Türkiyə Suriyanın şimalında PKK dövlətinin qurulmasına imkan verməyəcək.

APA