Türkiyə ordusunun İraqda terrorçulara qarşı əməliyyat aparması ilə bağlı Ankara və Bağdad arasında razılaşma yoxdur.
Bu sözləri İraq Baş naziri Heydər Abadinin sözçüsü Saad Hadisi deyib.
O bildirib ki, türk ordusunun Suriyada apardığı “Zeytun budağı” əməliyyatının İraq torpaqlarına qədər uzadılması müzakirə mövzusu ola bilməz: “Bağdadın icazəsi olmadan belə bir əməliyyat mümkünsüzdür”.
Axar.az