XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2018 - 22:17

“Tramp bir zəngi ilə bu böhranı dərhal aradan qaldıra bilər” –Qətər nəhəng hərbi bazasını Amerika ordusuna verdi

Qətər dövləti öz qapılarını ABŞ ordusunun üzərinə açır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətərin Müdafiə naziri  Halid el-Atıyye açıqlama verib.

Bildirib ki, Qətər ABŞ-la razılaşmaya əsasən, "El-Udeyd" hərbi bazasını bir qədər də genişləndirəcəklər: "Bu hərbi bazada 2040 ABŞ hərbçisinin daimi qalması üçün hər cür şərait yaradılacaq. Burada ABŞ-ın hava qüvvələri ilə bərabər, dəniz qoşunlarının da gücü artırılacaq".

Nazir "Körfəz böhranı"na da toxunub.

Bildirib ki, bu problemi həll edəcək bir lider var: "Bu problemi həll edə biləcək yeganə lider ABŞ prezidenti Donald Trampdır. O, bir telefon zəngi ilə bu böhranı dərhal aradan qaldıra bilər".

Strateq.az