XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2018 - 22:04

Soçi toplantısında Suriya ilə bağlı yeni komitə yaradıldı:"Xalq öz gələcəyinə seçki ilə qərar verəcək" - Bəyanat

Bu gün Suriyadakı daxili savaşın həll üçün keçirilən Soçi toplantısında bəyanat verilib.

Strateq.az xəbər verir ki, hələ də tam açıqlanmayan bəyanatda toplantıda iştirak edən bütün tərəflər Suriyanın ərazi bütövlüyünə qərar veriblər: "Suriyanın ərazi bütövlüyü pozulmayacaq və xalq öz gələcəyinə seçki ilə qərar verəcək. Etnik və dini kökəninə baxmayaraq, bütün Suriya xalqı eyni hüquqa sahib bərabər insanlardır".

Toplantıda savaşın dərhal sona çatdırılmasının vacibliyi də vurğulanıb.

Toplantıda ölkəni yenidən bütövləşdürmək üçün Ali Qanun Komitəsi yaradılıb: "Komitədə Suriya rejimi ilə yanaşı, müxailif və müstəqil hərbi qüvvələr, o cümlədən əşirət liderləri təmsil olunacaqlar".

Bəyanatda yeni yaradılan komitə ilə bağlı bəzi nüansların BMT-nin təşəbbüsü ilə Cenevrədə keçiriləcək toplantıda həllini tapacağı bildirilib.

Strateq.az