Türkiyə ordusu bu gün Afrin bölgəsində strateji əhəmiyyətli Kurni dağı və ətraf kəndləri PKK/PYD terrorçularından tamamilə təmizləyib.
Strateq.az xəbər verir ki, bu barədə TRT kanalı canlı yayımda məlumat yayıb.
Bildirilib ki, Türkiyə ordusunun dəstək verdiyi Azad Suriya Ordusu ilə birlikdə həyata keçirilən əməliyyatda Kurni dağı terrorçulardan tamam azad edilib: "Dağın ətəyində yerləşən kəndlər və Afrinə gedən yollara da nəzarət bərpa olunub".
Əməliyyat zamanı Türk ordusunun şəhid vermədiyi bildirilir.
Məlumatda o da qeyd olunub ki, hazırda qırıcı təyyarələr və toplar Darmık dağını bombalayır: "Tanklar və ordu birlikləri isə hazır vəziyyətdə bombardmanın bitməsini və bu dağı da terrorçulardan təmizləmə əmrini gözləyirlər".
Strateq.az