XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

31 Yanvar 2018 - 17:31

Tramp Konqresdə Rusiyanı hədələdi:"Bütün dünyada  dəyərlərimizə təhlükə yaradan dələduz rejimlərlə üz-üzə gəlirik”

[

“Bütün dünyada biz maraqlarımıza, dəyərlərimizə təhlükə yaradan fırıldaqçı-dələduz rejimlərlə, terrorçu qruplarla və Rusiya, Çin kimi rəqiblərlə üz-üzə gəlirik. Bu təhlükələrlə rastlaşarkən biz bilirik ki, zəiflik münaqişəyə aparan yoldur. Qarşısıalınmaz güc isə bizim müdafiəmiz üçün ən doğru vasitədir”.

Strateq.az bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Konqresdə illik çıxışı zamanı deyib.  O, bu təhlükəyə son qoyulması üçün Konqresdən hərbi xərcləri maliyyələşdirməyi xahiş edib: “Müdafiə sahəsində biz öz nüvə cəbbəxanamızı modernləşdirməli və bərpa etməliyik. Mən ümid edirəm ki, bundan heç vaxt istifadə edilməyəcək. Amma bu cəbbəxananı elə güclü etməliyik ki, o istənilən təcavüz aktının qarşısını ala bilsin”.

Trampın sözlərinə görə, gələcəkdə ola bilsin elə sehirli an gələcək ki, dünya dövlətləri bir yerə yığışıb öz nüvə silahlarını məhv edəcəklər: “Təəssüf ki, bu niyyət hələ görünmür”.   

Strateq.az