Bu gün Türkiyəyə gələn Livanın baş naziri Saad Hariri ilə görüşdən sonra baş nazir Binəli Yıldırım Fransaya mesaj göndərib.
Strateq.az xəbər verir ki, o, deyib ki, Suriyadakı vəziyyətdən ən çox əziyyət çəkən Türkiyə, Livan və İordaniyadır: "6 ildir milyonlarla qaçqına hər cür dəstəyi veririk. Ancaq bu məsələdə beynəlxalq toplumdan yardım görmədik. Bu və digər məsələlərlə bağlı cənab Həriri ilə fikir mübadiləsi apardıq. Ona "Zeytun budağı" əməliyyatı haqda məlumat verdim. Bir daha deyirəm, Türkiyənin hədəfi Suriyanın bütövlüyü və xalqı deyil. Hədəf ölkəmizə atılan raket hücumlarına son qoymaq, vətəndaşlarımızın can və mal varlığına olan təhlükəni aradan qaldırmaq, o cümlədən Afrinə yerləşən terror qrupunu oradan çıxarmaqdır".
Fransa Prezidenti Makronun Afrin hücumu haqda "Bu, bir işgal hərəkatına dönməməlidir" bəyanatına isə Baş nazir belə reaksiya verib: "Fransanın düşüncəsi axsaqdır. İşgal məntiqi ilə hərəkət etmirik. Bunu anlamaq üçün "Fərat qalxanı"'ndakı Münbiç, Cerablus və Azez xəttindəki 2 min km-lik əraziyə baxmaq gərəkdir. Türkiyə hər cür terrora qarşı nə etmək lazımdırsa, onu edir. Məqsədimiz Suriya vı İraq sərhəd boyunda terror xətti yaradılmasına mane olmaqdır. Bu yöndə də əməliyyat planlandığı kimi gedir və bu məsələdə də kimdənsə icazə istəmirik…".
Mia.az