XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 15:13

“ATƏT Qarabağın həlli üçün aktiv fəaliyyətini davam etdirəcək” –Lavrov

"ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə aktiv fəaliyyətini davam etdirəcək".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı Ancelino Alfano ilə birgə mətbuat konfransında deyib.

İtaliyanın xarici işlər naziri Ancelino Alfano isə rusiyalı həmkarı Sergey Lavrov ilə birgə mətbuat konfransında bildirib ki, ATƏT həlli uzanmış münaqişələrin nizamlanması üçün istənilən şəraitin yaradılmasına kömək etmək niyyətindədir.