XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2018 - 15:28

ATƏT sədrindən Qarabağ haqda açıqlama:"Lavrovun aktiv fəaliyyəti nizamlanmanı sürətləndirəcək"

"Hesab edirik ki, təşkilati dəstəyin bütün formaları məqsədə çatmaq üçün xeyirlidir".

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında Qarabağda münaqişə zonasında ATƏT müşahidə missiyasının genişləndirilməsi ilə bağlı suala cavabında bildirib. 

“Burada söhbət müsbət addımdan gedir. Deyə bilərəm ki, buna qədər görülən işlər, bundan sonra da görüləcək işlər Helsinki yekun aktına müvafiqdir. Hesab edirəm ki, həmkarım Lavrovun bu istiqamətdə aktiv fəaliyyəti münaqişənin nizamlanması prosesini sürətləndirəcək. Minsk qrupuna bütün dəstəyimizi göstərəcəyik. Bununla belə hesab etmirik ki, bu, yeganə mümkün formatdır. Mövqeyimiz bizdən əvvəl ATƏT-ə sədrlik edən ölkənin siyasətini davam etdirməkdən ibarətdir. Hesab edirəm ki, bu, ədalətlidir", – deyə o, qeyd edib. 

APA