XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

01 Fevral 2018 - 21:57

Türk ordusu Afrində bölgə mərkəzini və daha bir kəndi azad etdi – Türkiyə Silahlı Qüvvələri məlumat yaydı

Türkiyə ordusu Afrinə başladılan "Zeytun budağı" əməliyyatının 13-cü günü daha bir bölgə mərkəzini terrorçulardan təmizləyib.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri az öncə rəsmi açıqlama yayıb.

Bildirilib ki, bu gün Büldül bölgə mərkəzi də PYD/YPG terrorçularından azad edilib:

"Bununla bərabər, hazırda Afrinin şimalındakı Ali Kar kəndi də ələ keçirilib. Bununla da Şenkal və Zehran bölgələri arasındaki rabitə bərpa edilib. Şiddah  kəndində isə  PYD mövqeləri bombalanır".

Məlumata görə, indiyədək 790 terrorçu məhv edilib: "Bu günədək Afrinin beş bölgəsində 20 kənd, bir kənd tipli ərazi, 7-si strateji dağ və ya təpə olmaqla 27 hədəf terrorçulardan azad edilib. Hazırda Darmık dağının çevrəsi də nəzarət altına alınıb, şiddətli döyüşlər gedir ".