XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 00:33

Fransa prezidentindən Ankaraya mesaj:"Türkiyə ordusu Afrində uzun müddət qalmayacaq, əgər irəli getsələr..."

"Türkiyə Xarici İşlər nazirinin açıqlaması göstərir ki, Afrində aparılan əməliyyatlardan sonra ordunun tutduğu mövqelərdən daha da irəli getmək niyyəti yoxdur. Həmçinin belə anlaşılır ki, Türkiyə ordusu sözügedən bölgədə uzun müddət qalmayacaq".

Bu sözləri Fransa Prezidenti Emmanuel Makron Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun tənqidlərinə cavab olaraq deyib.

“Əməliyyatın məqsədi terrorizmlə mübarizədən çıxıb başqa istiqamətə yönələrsə, bu, bizim üçün böyük problem yaradacaq”, – Fransa lideri bildirib.

Qeyd edək ki, M.Çavuşoğlu Makronun “Zeytun budağı” əməliyyatı ilə bağlı bundan öncəki açıqlamasını sərt şəkildə tənqid etmişdi:

“Afrinlə bağlı bizə Fransa, yaxud başqa bir ölkə dərs verə bilməz. Avropalıların belə ikiüzlülüyü var. Üzümüzə “haqlısınız” – deyirlər, lakin kənarda əksini söyləyirlər. Biz Fransa deyilik ki, Əlcəzairi işğal edək. Bu, işğal deyil. Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik və oranı terrorçulardan təmizləməyi hədəfləmişik”/Axar.az.