XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 15:27

“Ey Kamal, aslanlar olan yerdə çaqqallar quyruğunu qısıb qaçar…” –Ərdoğandan sərt mesaj

Türkiyə prezidenti Ərdoğan lideri olduğu partiyanın Bitlisdəki toplantısında bu gün qurultay keçirən CHP və onun lideri Kamal Kılıcdaroğluna sərt mesaj göndərib.

Strateq.az xəbər verir ki, Ərdoğan "Aslanlar olan yerdə çaqqallar quyruğunu qısıb qaçar" deyərək, ilk öncə Afrin əməliyyyatına diqqəti çəkib: "Dünənə qədər kürəklərini söykədiklərinə güvənib, bu millətə meydan oxuyan terrorçuları hinlərini başlarına yıxan kimi sürünənə dönüblər. . 

İndi bu ana müxalifətin başında duran o zata səslənirəm: ey Bay Kamal, qurultay keçirirsən. De görüm, bu PYD terror təşkilatıdırmı? Əgər igidsənsə, bunun terror təşkilatı olduğunu açıqla. Ancaq sən bunu açıqlamayacaqsan. Çünki sən onların məclisdəki təmsilçiləri ilə qol-qola dolaşan birisən…".

Strateq.az