XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2018 - 11:16

Afrinin mərkəzinin çəmbərə alınması bitir: meyitləri ortalıqda qalan terroristləri ASO dəfn edir –Gecə PYD/PKK-ya ağır zərbə vurulub

"Zeytun budağı" əməliyyatı çərçivəsində dünən gecə Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrinin qərb istiqamətindən də hücuma keçib.

Strateq.az Türk mətbuatına istinadən xəbər verir ki, əməliyyatın 15-ci günü TSQ və Azad Suriya Ordusunun (ASO) üzvləri Afrinin qərbində PKK/PYD-li terrorçuları ilə şiddətli döyüşə giriblər:

"Türk ordusu şiddətli döyüşdən sonra Raco bölgəsini də terrorçulardan təmizləyib. Hazırda Racodan 6 kilometr məsafədə yerləşən 1027 adlı strateji yüksəkliyin ələ keçirilməsi istiqamətində əməliyyat davam edir. Bu əməliyyata Türkiyə Ordusu və ASO-nun 200 üzvü ilə yanaşı, 20 türk komandosu qatılıb. Havadan top və təyyarələr, qurudan isə tanklar dəstək verir. İHA-lar günboyu kəşfiyyat apararaq, terror təşkilatının mövqelərini müəyyən edir"

Məlumatda o da qeyd olunur ki, ötən gün PYD-li terrorçular ASO-nun mövqeyi istiqamətindən Türkiyə mövqelərinə sızmaya çalışıb: "Lakin geri otuzdurlan PYD-lilər 13 döyüşçüsünün meyitini də götürə bilməyib. Bundan əlavə, Xalil Polad adlı Türkiyə kökənli PYD üzvü yaxalanaraq Türk ordusuna təslim edilib. Hazırda Cinders bölgəsi istiqamətindəki bütün terror mövqeləri bombalanır. Racodan sonra Cinderes kəndi də təmizləndikdən sonra Afrinin mərkəzinin çəmbərə alınması demək olar ki, bitəcək və bütün istiqamətlərdən eyni anda mərkəzə doğru əməliyyat başlayacaq".

Əməliyyat başlayandan bu günə qədər meyitləri ortalıqda qalan terrorçuları ASO üzvləri Türk ordusunun nəzarəti altında basdırır: "Dəfn prosesində ərəbcə "Biz torpaqlarımızı terroristlərdən təmizləyirik. Məsum kürdlər bizim qardaşlarımızdır, ailəmiz kimidir, heç bir problem yoxdur" deyilir".

Strateq.az