XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

04 Fevral 2018 - 18:24

Qəzzada gərginlik artır, ordu baş nazirə xəbərdarlıq etdi:"İndiyə qədər belə bir vəziyyət olmayıb"

İsrail ordusu Qəzzada mövcud olan vəziyyətlə bağlı ölkənin Baş naziri Benyamin Netanyahuya hesabat təqdim edib.

Bu haqda İsrailin Kanal-10 Televiziyası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ordu Qəzzada artan böhranla əlaqədar baş naziri xəbərdar edib.

Hesabatda Qəzzadakı hazırkı durumun çox pis olduğu, indiyə qədər belə bir vəziyyətin olmadığı qeyd edilir, hazırda durumun pisləşməyə doğru getdiyi vurğulanır. İnsan və iqtisadi durumun çökdüyü və bu səbəbdən də hərbçilərlə qarşıdurmaların artdığı qeyd edilir/Teleqraf.com