XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2018 - 00:10

YPG-nin beli qırıldı: bir birliyə yetəcək silahı ələ keçirildi –İçində Rusiyanın "Konkurs"u da var + VİDEO

Türkiyə ordusu ilə birgə hərəkət edən Azad Suriya Ordusu Afrində PYD-yə məxsus müasir silahlarla dolu maşını  ələ keçirib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan xüsusi düzəldilmiş maşında bir ordu birliyinə yetəcək qədər xeyli müasir silahlar aşkarlanıb: "Həmin "xüsusi tanker"də YPG-nin ən önəmli təhdidlərindən sayılan tank əleyhinə Rusiya istehsallı "Konkurs"lar və digər raket atan qurğular da var".

Onu da qeyd edək ki, dünən YPG Afrində bu "Konkurs"la bir türk tankını vuraraq, 6 türk əsgərini şəhid edib:

Strateq.az