XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2018 - 14:20

Papa Ərdoğanı belə qarşıladı:  “Buongiorno” –Vatikanda 1 saat sürən qapalı görüş + VİDEO/ FOTOLAR

Vatikanda səfərdə olan Türkiyə prezidenti Ərdoğan bu gün Papa Francesko ilə görüşüb.

Strateq.az xəbər verir ki, Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı Papanın iqamətgahında Papalıq valisi Başpiskopos Georgi Gansveyn və digər rəsmilər rəsmi qaravulla qarşılayıblar. 

Papanın özü isə Ərdoğanı Apostol Sarayının qəbul salonunun girişi qapısında səmimi qarşılayıb. O, Ərdoğanı İtalyanca "Buongiorno" deyə salamlayıb. Ərdoğan isə "How are you" cavabı verib. 

Bir saat çəkən ikili görüşdən əvvəl Ərdoğan Papaya təşəkkür edib: "Göstərdiyiniz münasibətdən yana sizə çox təşəkkür edirəm".

Papa da Ərdoğanın ziyarətindən məmnun olduğunu bildirib.

Jurnalistlərin foto çəkilişindən sonra görüş qapalı keçirilib.