XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2018 - 16:47

MSK Təqvim Planını təsdiq etdi, İşçi Qrupu yaratdı –Prezident seçkiləri ilə bağlı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planının təsdiq edilməsi məsələsinə baxılıb.

Təqvim planı MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində Ekspert qrupunun yaradılması təklifi də səsə qoyularaq qəbul olunub.

İclasda namizədlərin qeydə alınması ilə bağlı təqdim olunan imza vərəqələrinin yoxlanılması üçün MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi məsələsi də müzakirə olunub: "İşçi qrup yaradılıb, qrupa rəhbərlik MSK üzvü Etibar Quliyevə tapşırılıb".

Report