Bu gün Prezident İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinə başçı təyin edib.
Strateq.az xəbər verir ki, bununla bağlı verilən sərəncama əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Onu da qeyd edək ki, yeni başçı bu vəzifəyə qədər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsini tutub.