XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 February 2018 - 23:44

PYD/PKK Afrində kimyəvi silahdan istifadə etdi, 20 ASO üzvü zəhərləndi –VİDEO

PYD terrorçuları Afrində Türkiyə ordusu ilə birgə əməliyyatda iştirak edən Azad Suriya Ordusuna (ASO) qarşı kimyəvi silahdan istifadə edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fakt Afrinin Şeyx Horoz bölgəsində baş verib:

"PYD/PKK terrorçuları zəhərli xlor qazı olan kimyəvi raketlə ASO mövqeyini vurub. Nəticədə 7-si ağır olmaqla 20 ASO əsgəri güclü kimyəvi zəhərlənməyə məruz qalıb. Onların hamısı arxa cəbhədə qurulan səhra xəstəxanasına gətirilib, müalicələri davam edir…".

Strateq.az