XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

15 Aprel 2015 - 14:16

Nazir və nazir müavinlərinə yeni vəzifə verildi – Sərəncam
Bu gün Prezident İlham Əliyev daha bir sərəncam verib.
Strateq.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib. Beləliklə:
1. Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Fazil Məmmədov – Azərbaycan Respublikasının vergilər naziri.
Komissiyanın üzvləri:
İltimas Məmmədov – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini
Abbas Vəlibəyov – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Nazim Səmədov – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Ehtiram Rəhimov – Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini
Kamil Xasiyev – Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
Strateq.az