XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2018 - 20:23

Taciklərin prezidenti də 30 yaşlı oğluna yol açır –Yaş senzi 35-dən 30-a endirildi

Tacikistan parlamentinin aşağı palatası prezident və parlament seçkisi haqqında qanunlara dəyişiklikləri qəbul edib. Qanunların yeni redaksiyasında prezidentlik və parlamentin yuxarı palatasına üzvlük üçün yaş senzi 35-dən 30 yaşa endirilir.

Qanun dəyişikliyi fevralın 7-də 2016-cı ilin mayında keçirilmiş referendumun nəticəsinə uyğun olaraq qəbul edilib.

Belə görünür ki, yaş senzinin aşağı salınması prezident Emomali Rahmonun hazırda 30 yaşı olan oğlu, Düşənbə meri Rüstam üçün edilib. Təhlilçilər bidirirlər ki, bu Tacikistanda hakimiyyətin erkən ötürülməsinə imkan verəcək.

Tacikistanda növbəti prezident seçkisi 2020-ci ildə keçirilməlidir.

Qanuna edilmiş dəyişikliklər habelə xaricdən, xarici vətəndaş və təşkilatlardan maliyyə dəstəyi alan şəxslərin prezident və parlament üzvləri postlarını tutmasını qadağan edir.

Bundan başqa, yeni qanunvericiliyə görə, prezidentliyə namizədliyi rəsmən təsdiq edilmiş şəxslər Mərkəzi Seçki Komissiyasının qərarı ilə saxlana və ya həbs oluna bilərlər.

Bundan sonra yeni qanun parlamentin yuxarı palatasında qəbul edilməli və Rahmon tərəfindən təsdiqlənməlidir.

Tacikistana 25 ildir ki, rəhbərlik edən Rahmona 2016-cı ilin mayında keçirilmiş referendumla xüsusi imtiyazlar verilib. Bunlardan biri də onun prezidentliyə istədiyi qədər namizəd olmaq hüququdur.

Rahmon son illərdə ölkədəki insan haqlarının bərbad vəziyyətinə görə beynəlxalq tıəşkilatlar tərəfindən tənqid edilir.

Azadlıq Radiosu