XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2018 - 12:06

Əsədin ordusu PYD-nin qərargahına hücum etdi, ABŞ-ın sərt müqaviməti ilə üzləşdi –İki tərəf toqquşdu

Suriya ordusu ABŞ-ın dəstəklədiyi PYD qüvvələrinə qarşı hücuma keçib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Əsədə bağlı ordu PYD-nin Fərat çayının 8 km-də yerləşən qərargahına hücum edib.

Məlumata görə, PYD-ni Əsəd ordusunun hücumundan qorumaq üçün ABŞ dərhal hərəkətə keçib: "Amerika  liderliyindəki koalisyon qüvvələri Əsəd ordusunu geri çəkilməsi üçün Əsəd ordusuna qarşı hücuma keçiblər. Nəticədə Əsəd ordusu geri çəkilməyə məcbur olub".

 ABŞ bu hücumu əslində PYD-ni qorumaqdan daha çox, həmin qərargahda Amerika hərbçilərinin olması ilə əlaqələndirib: "Məqsədimiz həm də Suriya ordusunu geri çəkdirməklə, İŞİD-ə qarşı savaşın axsamasına mane olmaq idi".

Strateq.az