XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 February 2018 - 17:32

Rəsmi Moskvadan seçki açıqlaması:"Prezident seçkiləri suveren Azərbaycan dövlətinin daxili işidir"

"Prezident seçkiləri suveren Azərbaycan dövlətinin daxili işidir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanda prezident seçkilərinin vaxtının irəli çəkilməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mümkün təsiri ilə bağlı danışarkən deyib.

"Seçkilərin vaxtının dəyişməsinin motivləri, səbəbləri və formatı barədə öyrənmək üçün, mənə elə gəlir ki, ilk növbədə şərh vermək üçün Azərbaycan tərəfinə müraciət edilməlidir. Və bu şərhlər Azərbaycan tərəfindən artıq edilib", – deyə M.Zaxarova bildirib.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək/Report.