XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

08 Fevral 2018 - 18:12

Amerikalı general Menbiçdən Türkiyəyə mesaj verdi:"Bölgədən çəkilməyəcəyik, işimiz savaşmaqdır" + FOTO

Türkiyənin Afrindəki əməliyyatdan sonra və ya bu əməliyyata paralel olaraq PYD-nin işğalında olan Menbiçə hücuma keçəcəyi xəbərinin ciddilik qazandığı bir ərəfədə ABŞ ordusunun nüfuzlu generalı Paul Funk gözlənilmədən bölgəyə səfər edib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, o, Menbiçdə jurnalistlərə açıqlama verib. Deyib ki, Amerika ordusu İŞİD-in məğlubiyyətini daimi hala gətirmək üçün buradadır və bu bölgədən heç vaxt çəkilməyəcək.

Amerikalı generala Türkiyənin Menbiçə gözlənilən hücumu və Afrindəki əməliyyatla bağlı suallar da verilib. 

"Türk Silahlı Quvvələrinin Afrin hərakatından narahat olursunuzmu? Türkiyənin Menbiçlə bağlı tələbi haqda nə deyə bilərsiniz?" sualına, o, belə cavab verib: "Heç bir narahatlıq duymuruq. Bizim işimizdə narahat olmaq anlayışı yoxdur, işimiz savaşmaqdır".

General əsas bazası PKK/PYD-dən ibarət olan Suriya Demokratik Qüvvələrinə İŞİD-ə qarşı savaşda güvəndiklərini də bir daha bəyan edib. 

Strateq.az