XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2018 - 01:01

“Zeytun budağı” əməliyyatı: Türkiyə daha 11 şəhid verdi, 11 əsgər yaralandı –79 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatının 22-ci günündə 11 şəhid verib.

Strateq.az xəbər verir ki, bu gün Afrində Türkiyənin bir helikopteri vurulub, nəticədə 2 hərbçi şəhid olub: "Bununla yanaşı, Afrinin Cinderis kəndində çıxan atışmada daha 3 əsgər vurulub. Axşam saatlarında isə Afrinin digər bölgələrində gedən döyüşlərdə daha 6 əsgər şəhid edilib. Bununla da əmliyyatın 22-ci günündə Türkiyə ordusu 11 şəhid verib, 11 əsgər  isə yaralanıb".

Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, gün ərzində 79 PYD terrorçusu məhv edilib, 36 hədəf yerlə bir olunub: "Ümumilikdə 1150-yə yaxın terrorçu öldürülüb".

Strateq.az